Mustafa Abbasbəyli yeni vəzifəyə təyin olunub

post-img

XQ xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən o nazirliyin Aparatının rəhbəri təyin olunub.

Qeyd edək ki, Abbasbəyli Mustafa Aslan oğlu 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.

1996 - 2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində, “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 2000 - 2001-ci illərdə isə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində “Türk dili”, 2001 - 2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində “Xüsusi hüquq” ixtisası üzrə magistr təhsili alıb. 

2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 

Bundan əlavə, 2012 - 2016-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Elmlər doktoru proqramını bitirib.

Son xəbərlər