Qazaxın geri alınmış torpaqları sərhədçilərimizin nəzarətində

post-img

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tap­şırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Ko­missiyanın 8-ci görüşünün Protokolu imzalanıb. 

Qeyd olunan Protokolun həyata keçi­rilməsi məqsədilə sərhəd xəttinin koordi­natları üzrə yerdəki geodeziya ölçmələ­rinə əsaslanaraq dəqiqləşdirmə aparılıb və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən bir­gə çöl işlərinin nəticələri haqqında Texni­ki Protokol tərtib olunub.

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respubli­kası arasında sərhəddə komissiyaların növbəti - 9-cu görüşü keçirilib, sözüge­dən Texniki Protokol razılaşdırılıb və bu barədə komissiyaların müvafiq Protokolu imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəy­yən edilib. Bununla da Azərbaycan Res­publikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrımın, Aşağı Əskiparanın, Xeyrımlının və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qay­tarılması təmin edilib.

Dünən Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlə­rinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nə­zarətə götürülüb.

XQ

 

Son xəbərlər