Polis əməkdaşlarının mayın 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib. Məlumatı DİN mətbuat xidməti verib.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Kürdəmir rayon sakini olan bir şəxsi aldadaraq hesabına 6000 manat pul ödətdirməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş M.İlqarlı müəyyən olunaraq saxlanılıb.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Aşağı Güzdək qəsəbə sakini olan bir şəxsi aldadıb hesabına 800 manat pul ödətdirməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Mehdiyev müəyyən olunaraq saxlanılıb.
Həmin rayonun Polis İdarəsi əməkdaşlarının keçirdikləri digər tədbirlərlə müxtəlif vaxtlarda dələduzluq yolu ilə 3 nəfərdən 105, 90 və 75 manat məbləğində pul və noutbuk almaqda, bir nəfəri isə aldadıb hesabına 50 manat pul ödətdirməkdə şübhəli bilinən E.Şirinov, A.Kərimov və əvvəllər məhkum olunmuş M.Quliyev saxlanılıblar.
Bütün faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ