Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Məlumata görə, mayın 21-də polis əməkdaşları 2 ədəd tüfəng təhvil götürüblər. 
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər