Narkokuryer 7 kiloqram marixuananı ünvanına çatdıra bilmədi

post-img

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçiriblər. Məlumatı DİN mətbuat xidməti verib.  

Tədbir nəticəsində 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb. Ondan 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb. F.Şahverdiyev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər