Çin Azərbaycanın Orta Dəhlizdə roluna önəm verir

post-img

Çində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin sədri cənab Liu Jenfanq ilə görüşüb. 

Söhbət zamanı ADY nümayəndə heyəti Orta Dəhlizin inkişafı istiqamətin­də Azərbaycan tərəfinin həyata keçirdiyi layihələr, yeni reallıqlar və imkanlar barə­də geniş təqdimatla çıxış edib. Təqdi­matda ADY-nin cari ilin dörd ayı ərzində Orta Dəhlizlə yük daşımalarının həcminin 2023-cü illə müqayisədə 35 faiz artdığı, Çinin Sian limanından bu dəhlizlə, ümu­milikdə, 60 blok qatarın yola salındığı, eləcə də Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə yük daşımaların bərpa edildiyi və onun yükburaxma qabiliyyətinin artıq illik 5 milyon tona çatdırılması barədə məlu­mat verilib.

Tərəflər Orta Dəhlizin rəqabət və yük­daşıma qabiliyyətini artırmaq üçün Çin tərəfinin dəmir yolu ilə tranzit daşımaların və Azərbaycan ərazisindən keçən tranzit marşrutu üzrə daşımaların subsidiyalaş­dırılması haqqında fikir mübadiləsi apa­rıb. ADY-nin Qərb–Şərq istiqamətində Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazır olduğunu bildirilib.

Son xəbərlər