Mərakeş Krallığında səfərdə olan Audiovizual Şuranın sədri İsmət Səttarov, Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun daxil olduğu heyət Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohammed Bensaid ilə görüşüb.
Mərakeşli nazir, eyni zamanda, Azərbaycan ilə Mərakeş arasında müxtəlif sahələrdə əlaqələrin genişləndiyini vurğulayıb, birgə fəaliyyət və əməkdaşlıq imkanlarından söz açıb. MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov isə agentliyin fəaliyyəti barədə məlumat verib. O, mərakeşli naziri bu yay Şuşada keçiriləcək II Qlobal Media Forumuna dəvət edib.
Mərakeşin rəsmi dövlət informasiyaagentliyi olan “Maghreb Arab Presse”in baş direktoru Fuad Arif ilə görüşdə o, rəhbərlik etdiyi Agentliyin xarici əməkdaşlıq imkanlarından danışıb. AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev rəhbərlik etdiyi Agentliyin fəaliyyətinə dair məlumat verib. O isə MAP-ın baş direktorunu Şuşa Qlobal Media Forumuna dəvət edib.
XQ