8 yaşlı skripkaçı Dilşad Fərhadzadə Dinu Lipatti adına XII beynəlxalq müsabiqədə (İtaliya) birinci yerə layiq görülüb. Dilşad Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi, beynəlxalq müsabiqələrin iştirakçısı və laureatıdır.
“Fortepiano və simli alətlər” ixtisasları üzrə Dinu Lipatti adına XII beynəlxalq müsabiqə İtaliyanın Tivoli şəhərində keçirilib. Azərbaycandan olan gənc skripkaçı kiçik yaş kateqoriyasında çıxış edib, final turunda Frits Kreyslerin “Prelüd və alleqro” pyesini ifa edib.
Dilşadı müsabiqədə müşayiət edən müəllimi Lalə Hüseynovanın sözlərinə görə, istedadlı qızın parlaq çıxışı dinləyiciləri riqqətə gətirib: “Onu sürəkli alqışlarla səhnədən buraxmırdılar, münsiflər heyətinin üzvləri etiraf edirdilər ki, Dilşadın ifası onları çox təsirləndirib”.
AYTƏN
XQ