Avropa Parlamentinin deputatı Şuşada

post-img

Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin deputatı Xaviyer Nart mayın 15-də Şuşa şəhərində olub. 

Şuşa şəhərinə gələn qonağa şəhərin tarixi, işğal dövründəki vəziyyəti və şəhər­də Prezident İlham Əliyevin və Birinci vit­se-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan qurucu­luq işləri, tarixi abidələrin bərpası, nəzər­də tutulan planlar, sakinlərin öz doğma yerlərinə qayıdışı prosesinə başlanıldığı barədə məlumat verilib. 

Qonaq Şuşada nümayəndəliyin in­zibati binasında, Şəhər Meydanında, Vaqifin məqbərəsində, Cıdır düzündə olub, Şuşanın Qala divarlarını seyr edib. Avropalı deputata bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğal­dan azad etmişlər.

XQ

Son xəbərlər