Gürcü mətbuatı Ulu öndər haqqında

post-img

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 101 illiyi ilə əlaqədar Gürcüstanın “Sakartvelos Respublika” qəzetində “Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyaya nümunədir” sərlövhəli məqalə dərc olunub. Məqalə Tbilisidə fəaliyyət göstərən “Alyans Gənclər Mərkəzi”nin “Milli-mənəvi irsimizin təbliği” layihəsi çərçivəsində işıq üzü görüb.

Yazıda Azərbaycan–Gürcüstan dost­luğunun tarixinə nəzər salınır, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticə­sində müstəqillik dövründə əlaqələrimizin daha da möhkəmləndiyi və inkişaf etdiyi qeyd olunur. Müəllif bildirir ki, gürcülərlə azərbaycanlılar arasında heç vaxt mü­naqişə, mübahisə, narazılıq olmayıb, bu, xalqlarımızın ən böyük nailiyyətlərindən­dir. Fenomen şəxsiyyət, gürcü xalqının da yaxın dostu olan Heydər Əliyevin də dediyi kimi, Gürcüstan və Azərbaycan xalqları arasında dostluq dünyada nü­munədir.

Qlobal neft, qaz, nəqliyyat layihələ­rinin əhəmiyyətindən də söz açılan məqalədə bildirilir ki, bu layihələrin re­allaşması ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və səmimi əməkdaşlığın bəhrəsidir. Qeyd edilir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mü­hüm siyasi xətt bütün konturları ilə Azər­baycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənmə­sinə xidmət edir. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövlətinin öz su­verenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsin­də şanlı Zəfər qazanmaqla sübuta yetir­məsi Heydər Əliyev siyasətinin ən parlaq təntənəsidir.

“Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir. Müa­sir müstəqil, qalib Azərbaycan ümummil­li lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır”, – deyə məqalədə vur­ğulanır.

XQ

Son xəbərlər