Milli Məclisin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib

post-img

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 12-də Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfər edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə bildiriblər ki, səfər çərçivəsində Sahibə Qafarova Asiya Qadın Forumunda iştirak edəcək.

Qeyd edək ki, nümayəndə heyətinə deputatlar Məşhur Məmmədov, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, Nurlan Həsənov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildir.



Son xəbərlər