DTX-da Ümummilli lider ehtiramla yad edilib

post-img

Müasir müstəqil Azərbaycanın qurucusu, çağdaş dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümum­milli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-pol­kovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edərək önünə əklil və gül dəstələri qoy­muş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Xidmətin şəxsi DTX-nin akt zalında təşkil olunmuş tədbirdə geniş nitqlə çıxış edərək dahi rəhbərin həyat yoluna nəzər sal­mış, Ulu Öndərin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətinin bu orqanların tarixində mühüm bir mərhələ kimi qiymətləndirildiyini vurğulamış, onun əvəzsiz səyləri ilə təhlükəsizlik təşkilatının azər­baycançılıq ideologiyası əsasın­da formalaşmasından, xilaskarlıq missiyasını üzərinə götürərək dövlətimizin müstəqilliyinin qoru­nub saxlanılmasında misilsiz xid­mətlərindən ətraflı bəhs edib.

General-polkovnik Əli Nağı­yev bildirib ki, bugünkü təhlükə­sizlik orqanlarının fəaliyyətinin əsasını Heydər Əliyevin bu təsi­satda təməlini qoyduğu peşəkar­lıq məktəbi və vətənpərvərlik irsi təşkil edir və DTX-nin əməkdaşla­rı bu məktəbin davamçıları olaraq təhlükəsizlik orqanlarında Heydər Əliyev ənənələrinin yaşadılması və inkişaf etdirilməsi naminə əzm­lə çalışırlar.

Xidmət rəisi Əli Nağıyev Ulu öndərin siyasi varisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xüsusi xidmət orqan­larının hazırda öz fəaliyyətini uğurla həyata keçirdiyini diqqətə çatdırmışdır.

Sonda tədbir bədii hissə ilə - DTX-nin Mədəniyyət mərkəzində tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında kon­sert proqramı ilə davam etdirilib.



Son xəbərlər