QHT-lərin UNESCO-ya müraciəti

post-img

Azərbaycan QHT-ləri İrəvanın məhv edilən Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoru Odri Azuleyə açıq məktub ünvanlayıblar. 

 Sənəddə 23 QHT təmsilçiləri Azərbaycan xalqının maddi-mədəni irsinin dağıdılmasını dayandırmaq üçün UNESCO-nu hərəkətə keçməyə çağıraraq bildiriblər ki, azərbaycanlıların tarixən yaşadıqları Ermənistan Respublikasında xalqımıza məxsus bütün irsə münasibətdə məhvetmə siyasəti aparılıb, tarixi izlərin silinməsinə cəhd edilib. Burada 1870-ci ildə qeydiyyata alınmış 269 məsciddən bu gün yalnız 1-i qalıb, azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq dağıdılıb. 

Məktubda qeyd edilir ki, vaxtilə azərbaycanlıların yaşadıqları, qurub-yaratdıqları bir şəhər olan İrəvanda tarixi adı dəyişdirilərək “Kond” adlandırılan Təpəbaşı məhəlləsi Ermənistanda Azərbaycan mədəni irsinin son qalıqlarından biridir: “Biz UNESCO-nu Ermənistan Respublikasına faktaraşdırıcı missiya göndərmək, Təpəbaşı məhəlləsi ilə bağlı təxirəsalınmaz tədbirlər görmək üçün cəsarət nümayiş etdirməyə dəvət edirik. Bu məsələlərdə UNESCO ekspertləri ilə müzakirələrə və onlara əlavə məlumatlar təqdim etməyə hazırıq”.

XQ

 

Son xəbərlər