Şəffaflıq Hesabatına dəstək təlimi

post-img

Azərbaycanın COP29-a sədrliyi çərçivəsində mayın 6–7-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) ekspertləri tərəfindən Paris sazişinə uyğun olaraq Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin (ETF) əsas komponenti olan İkiillik Şəffaflıq Hesabatının (BTR) hazırlanmasına dəstək məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə təlim keçirilib.  

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev açılış mərasimində çıxış edərək, tərəf dövlətlərin, o cümlədən Azərbaycanın İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməsinin COP29 sədrliyinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bununla əlaqədar o, ölkəmizin müvafiq dövlət qurumlarını qısa zamanda Azərbaycanın İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına töhfə verməyə çağırıb.  

İkigünlük təlim zamanı UNFCCC katibliyinin nümayəndələri ETF-nin əsas elementləri, bu sahədə modallıqlar, prosedurlar və təlimatlar, eləcə də İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması prosesində yeni elektron proqram təminatından istifadə ilə bağlı iştirakçılara məlumat veriblər.  

XQ

 

Son xəbərlər