Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə ənənəvi yürüş təşkil etmişdir. Bu barədə DTX-nın mətbuat xidməti məlumat verib.
Yürüş iştirakçıları mürəkkəb relyef və sərt iqlim şəraitində qabaqcadan müəyyənləşmiş marşrut üzrə hərəkətlərini davam etdirərək təyin olunmuş vaxtda “Heydər zirvəsi”nə qalxmış, Ümummilli liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etdikdən sonra orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmış, DTX-nin adı və emblemi əks olunan plakatı yerləşdirmişlər.
XQ