Bakı Marafonu: “Qarabağ üçün qalib ol!”

post-img

Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən  Bakı Marafonunda klubun 2 nəfər xarici vətəndaş olmaqla 21 üzvü “Qarabağ üçün qalib ol!” şüarı altında mübarizə aparır.

Qarabağ Dirçəliş Fondu ilə Bakı Marafon Klubu arasında əldə olunmuş razılığa əsasən, Qarabağın dirçəlişi ideyasını ölkə daxilində və xaricdə təbliğ etmək məqsədilə bu şüar altında müxtəlif təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Bakı Marafon Klubunun komandasının QDF-in adından Bakı Marafonunda iştirak etmək təklifini yüksək qiymətləndirən Rəhman Hacıyev komandaya uğurlar arzulayıb. 

Qeyd edək ki, ötən il olduğu kimi, “Bakı Marafonu 2024”-də tərəfdaş kimi çıxış edən Qarabağ Dirçəliş Fondu Marafonun fan zonasında yaşıllaşdırma sahəsində böyük təcrübəyə malik olan “Tutto Bello” şirkətinin dəstəyi ilə hazırlanan “Marafon bağı” adlı xüsusi yaşıl pavilyonla iştirak edəcək.

XQ

 

Son xəbərlər