Milli Kitabxananın həssas qrupa töhfəsi

post-img

Milli Kitabxanada “5 May – Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. 

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramı”nın təsdiq edilməsi ölkəmizdə insan hüquqlarının qorunmasına göstərilən yüksək diqqətin ifadəsi olmaqla yanaşı, əlillərə dövlət qayğısını da yeni səviyyəyə qaldirıb. 

31 may 2018-ci ildə qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Milli Kitabxanada 5 May  Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü münasibətilə hazırladığı virtual sərgidə müxtəlif fotolar, mövzu ilə əlaqəli nəşrlər və dövri mətbuat səhifələrində dərc olunan  materiallar nümayiş olunur. 

Ənənəvi kitab sərgisində isə mövzu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur. Sərgi 1 həftə davam edəcək.

XQ

 

Son xəbərlər