Şeyxülislamın dini liderlərlə görüşü

post-img

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı ilə keçirilən VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dinlər və mədəniyyətlərarası əməkdaşlığa dair, insan həmrəyliyinə xidmət edən ideyalara xitabən multikulturalizm, İslam həmrəyliyi və “Yaşıl dünya naminə” illərin elan olunmasını, mütəmadi tədbirlərin keçirilməsini Azərbaycan Prezidentinin bəşəri dəyər kəsb edən siyasi liderliyinin təzahürü olduğunu qeyd edib.

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdüssəlam deyib ki, Şuşada keçirilmiş dinlərarası mötəbər tədbir Azərbaycan dövlətinin dinlərə, multikulturalizmə verdiyi önəmin, söz və insan azadlığına göstərdiyi hörmətin göstəricisidir: “Məhz bu cür hörmət və qonaqpərvərliyə görə mən Azərbaycan dövlətinə və Prezidentinə öz təşəkkürümü bildirirəm”.

Görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər.

XQ

 

Son xəbərlər