Uşaqların “yaşıl” dərsi

post-img

Xaçmaz rayon Rəhimoba kənd orta məktəbinin pedaqoji kollektivi şagirdlərin ekoloji maarifləndirilməsinə böyük önəm verir. Bu məqsədlə məktəbdə tez-tez elmi-praktiki seminarlar, təbiətin qoynuna ekskursiyalar təşkil olunur. 

Məktəbin direktoru Sübhan Məmmə­dov bildirdi ki, uşaqların ətrafdakı gözəl­likləri müşahidə edərək layiqincə dəyər­ləndirməyi bacarmaları çox vacibdir. Təcrübəli mūəllim Renata Orucəliyeva­nın dərs və ekskursiyalar zamanı şagird­lərə ətraf mühiti qorumağın əhəmiyyəti barədə verdiyi biliklər onlarda doğma yurda, ana təbiətə maraq və sevgi hissi­nin güclənməsinə səbəb olur. 

Yeri gəlmişkən, bu günlərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şagirdlərin iştirakı ilə məktəbin həyətya­nı sahəsində alaq otları təmizlənərək, abadlıq işləri aparılıb. 

Sevda SƏLİMOVA
XQ

Son xəbərlər