XİN-də görüş və qəbullar

post-img

Mayın 2-də xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

İki ölkənin liderləri arasında mövcud yük­sək səviyyəli dialoqun, habelə intensiv təmas­ların münasibətlərin inkişafına təkan verdiyi diqqətə çatdırılıb. 

COP29 sədrliyimiz çərçivəsində görülən işlərdən bəhs edən nazir Ceyhun Bayramov bu istiqamətdə əməkdaşlıq üçün yeni imkan­ların yarandığını diqqətə çatdırıb.

Postmünaqişə dövründə mövcud regional vəziyyət, o cümlədən Azərbaycan və Ermə­nistan arasında normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandırıb. 

Xüsusi nümayəndə Mixail Şvıdkoy iki ölkə arasında müxtəlif, xüsusilə təhsil, mədə­niyyət, texnologiya və innovasiyalar sahələri üzrə əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu, bu istiqamətdə birgə fəa­liyyətin vacibliyini qeyd edib.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov ASEAN Parlament Assambleyası­nın (AIPA) baş katibi Siti Rozaimeriyanti ilə görüşüb.

Azərbaycanın bir çox ASEAN ölkələri ilə mövcud əlaqələrinin öz növbəsində AIPA çər­çivəsində əməkdaşlığa, habelə ölkəmizin AI­PA-ya müşahidəçi üzv kimi qəbul edilməsinə töhfə verdiyini bildirən nazir Ceyhun Bayra­mov çoxtərəfli platformalar çərçivəsində qar­şılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.

Ölkəmizin COP29-a hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov, həmçinin Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən ətraflı bəhs edib. 

Forum çərçivəsində ölkəmizdə ilk dəfə səfərdə olan baş katib Siti Rozaimeriyanti bu kimi təşəbbüslərin əhəmiyyətindən bəhs edib, o cümlədən parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğula­yıb.

***

Mayın 1-də xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlə­rarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk ilə görü­şüb.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Ukrayna arasında mövcud sıx təmasların əməkdaşlığa töhfəsindən bəhs edərək bu is­tiqamətdə parlament üzvləri arasında əlaqələ­rin də tərəfdaşlığımızın inkişafında mühüm rol oynadığını vurğulayıb.

Münasibətlərimizin əsasında dayanan əra­zi bütövlüyü və suverenlik prinsiplərinə bü­tün platformalar çərçivəsində daimi dəstəyin nümayiş etdirilməsinin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

Ukrayna tərəfi Azərbaycanın hər zaman beynəlxalq hüquq normalarına, xüsusilə əra­zi bütövlüyü prinsipinə münasibətdə sərgilə­diyi yanaşmaya, habelə göstərilən humanitar dəstəyə görə təşəkkür ifadə edib. Strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf etdirilməsinə dair inam ifadə olunub.

XQ

Son xəbərlər