Bakı Forumunun bağlanış mərasimi

post-img

Mayın 2-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.

Koventri Universitetinin İnam, Sülh və Sosial Münasibət­lər Mərkəzinin təsisçi direktoru, professor Mayk Hardinin mode­ratorluğu ilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın mədə­niyyət naziri Adil Kərimli Pre­zident İlham Əliyevin mühüm fikirlərini əks etdirdiyi çıxışına və mədəniyyətlərarası dialoqa göstərdiyi xüsusi dəstəyə görə minnətdarlığını bildirib.

"Biz forum çərçivəsində ke­çirilən tədbirlərdə daha inklüziv dünya və sülh yaratmaq üçün ən önəmli mövzuları müzakirə et­dik. Bunlardan mədəniyyət və irs, təhsil, və texnologiya, din, miqrasiya, gənclərin proseslərə cəlb olunmaları və turizmin mə­dəniyyətlərarası dialoqa təsirini nümunə göstərə bilərik”, – deyə nazir qeyd edib.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib ki, forumda iştirak edən­lər bu sahədə maraqlı olduqlarını bir daha göstəriblər. 

“Forum işini bitirdi və biz hamımız özümüzdə məsuliyyət hiss edirik. Ona görə ki, biz tole­rantlığı və dinc yaşamağı təşviq etməliyik”.

Ümumdünya Turizm Təşki­latının İcraçı direktoru Zoritsa Uroşeviç deyib ki, turizm bütün sahələr üzrə ən vacibidir. “Biz prioritetləri müəyyən etməkdə maraqlı olmalıyıq. Turizm sahə­sində müqavilənin bağlanılması və həyata keçirilməsi ilə bağlı dü­şüncələrimiz var”, – deyə o əlavə edib.

BMT-nin Sivilizasiyalar Al­yansının (BMTSA) direktoru xa­nım Nihal Saad forumda iki gün ərzində maraqlı müzakirələrin aparıldığını diqqətə çatdırıb.

“Bu forumdakı mövzular ak­tuallığı ilə yadda qaldı. Forum növbəti uğura çevrildi. Mədəniy­yətin iqlim dəyişikliyi sahəsində rolu böyükdür. Forumun bəşəriy­yətin sivilizasiyasında vacib yer tutduğunu düşünürəm. Tədbirdə qlobal çağırışlar da edildi”, – deyə N.Saad vurğulayıb. 

XQ

Son xəbərlər