ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın ziyalılar ilə birgə Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat üzrə müşaviri Alptekin Cihangir İşbilir ilə görüşündə bir sıra məsələlər müzakirə olunmuşdur.
Professor Mahirə Hüseynova Alptekin Cihangir İşbilirə ADPU-da yaradılan Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəz barədə məlumat vermiş, onların yaradılmasının və fəaliyyətinin ölkəmiz üçün əhəmiyyətindən bəhs etmişdir.
Həmçinin professor Mahirə Hüseynova həmin qurumların üzləşdiyi problemlərdən söz açmış, bu məsələlərin Türkiyə universitetləri ilə birgə keçiriləcək tədbirlərdə öz həllini tapmasının vacibliyini qeyd etmişdir.
XQ