Yük avtomobilində 212 məişət texnikası yanıb

post-img

Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti verib. 

Məlumata görə, yaxınlıqda dayanan “Scania” markalı yük avtomobilinin 6 ədəd təkəri və banına yığılan karton taralar qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər