FHN yanğınları vaxtında söndürüb

post-img

Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin bu günə olan məlumatına görə, bir neçə yerdə yanğın hadisəsi qeydə alınıb. Tovuz rayonunun Molla Ayrım kəndində ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın söndürülüb, bitişik və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Qusar şəhərində ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli obyektin (kafe kimi fəaliyyət göstərir) mətbəxinin, dəhlizinin yanar konstruksiyaları 28 kvadratmetr sahədə və dam örtüyü 80 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan 2 otağın lambirdən ibarət tavanı 12 kvadratmetr sahədə əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Göygöl rayonunun Topalhəsənli kəndində ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər