Bank kartını oğurlayaraq marketdən ərzaq alıb

post-img

Aprelin 27-də Yasamal rayonu ərazisində bir nəfərin bank kartının oğurlanması və marketlərin birində kartından 279 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətinin məlumatına görə, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən A.Əliyev, S.Əliheydərov və S.Şükürov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər