Nazir müavini Samir Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

post-img

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovla Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan AYİB nümayəndə heyəti arasında görüş keçirilib. 

Görüş zamanı nazir müavini Samir Məmmədov ölkədə rəqəmsallaşma və nəqliyyatın şaxələndirilməsi, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və digər məsələlər üzrə görülmüş işlər və mövcud layihələr, gələcək planlar barədə danışaraq, bu sahələrin inkişafının daim diqqət mərkəzində olduğunu qeyd edib.

Vryenios Drakinos Bankın 2024 – 2029-cu illəri əhatə edən Azərbaycan üzrə prioritetlərin və məqsədlərin əks olunduğu Yeni Ölkə Strategiyasının ilkin layihəsi barədə məlumat verib. O, AYİB-in ölkəmizlə rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığının vacibliyini vurğulayıb.

Eyni zamanda görüş çərçivəsində nəqliyyat sahəsində özəl sektor və dövlət müəssisələrinin idarəçiliyinə daha çox dəstək göstərməklə iqtisadi diversifikasiyanın təşviq edilməsi, “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi və regional əlaqəliliyin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər