Azərbaycan–Özbəkistan media əməkdaşlığı genişlənəcək

post-img

Azərbaycan Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Mərasimi giriş sözü ilə açan MŞ səd­ri Rəşad Məcid Azərbaycanla Özbəkis­tan arasında bütün sahələrdəki yüksək səviyyəli münasibətlərin son illər media müstəvisində də əlaqələrin genişləndiril­məsinə meydan açdığını vurğulayıb. O, memorandumda nəzərdə tutulan ayrı-ay­rı müddəaların birgə fəaliyyətin sistemli və faydalı olması baxımından önəmini də qeyd edib.

Özbəkistan Jurnalistlər İttifaqının sədri X.Səlimov rəhbərlik etdiyi qurumun Azərbaycan Mətbuat Şurası ilə əmək­daşlıq memorandumunu qarşılıqlı təc­rübə mübadiləsinə və iki xalq arasında dostluğun möhkəmləndirilməsinə geniş imkanlar yaradan platforma kimi səciy­yələndirib.

MŞ İdarə Heyətinin üzvlərindən Bey­nəlxalq Avrasiya Mətbuat Fondunun rəh­bəri Umud Rəhimoğlu, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Jurnalist Ekspert Mərkə­zinin sədri Ceyhun Musaoğlu, Ahıl Jur­nalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, MŞ-nin icraçı katibi Əvəz Rüstəmov, publisist Aida Eyvazova hər iki ölkə jurnalistlərinin əməkdaşlığının ge­nişləndirilməsi ilə bağlı rəy və təkliflərini söyləyiblər.

Özbəkistan Həmkarlar İttifaqının “Trest” və “Doverie” qəzetlərinin baş re­daktoru Husan Ermatov, Gənc Jurnalist­lər Şurasının sədri Şöhrət Oripov, “Tonq yüztəri” qəzetinin baş redaktoru Feroza Odilova, Dövlət İnformasiya Agentliyinin redaktoru Əzizə Həlimova memorandu­mun ölkələrimizin media qurumlarının birgə fəaliyyətini stimullaşdırdığını bildi­riblər.

T.RÜSTƏMLİ
XQ

Son xəbərlər