Hindistanlı şahmatçı İddiaçılar Turnirinin qalibi olub

post-img

Kanadanın Toronto şəhərində təşkil olunan şahmat üzrə İddiaçılar Turniri başa çatıb. 

Azərbaycan təmsilçisi Nicat Abasov yarışın son günündə - XIV turda hindistanlı Rameşbabu Praqnanandha ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan 28 yaşlı qrosmeyster rəqibinə uduzaraq, turniri qələbəsiz başa vurub. O, 3,5 xalla yekun sıralamada sonuncu - 8-ci yeri tutub.

İddiaçılar Turnirində kişilər arasında hindistanlı Dommaracu Qukeş qalib adını qazanıb. Qadınların yarışında isə çinli Tan Çjunyi (hər ikisi 9 xal) 1-ci yeri tutub. 

L.SABİRQIZI
XQ

İdman