Gürcüstanlı deputatlar Milli Məclisdə

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri Davit Sonqulaşvili ilə görüşüb.

Spiker ortaq mədəni dəyərləri bölüşən xalqlarımızın əsrlər boyu bir yerdə, dostluq, mehriban qonşuluq şəraitində yaşadıqlarını qeyd edərək, ölkələrimiz arasındakı əlaqələrin də bu möhkəm təmələ əsaslandığını bildirib.

Parlamentlərarası əlaqələrin Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib hissələrindən biri olduğunu qeyd edən S. Qafarova deyib ki, bu gün qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Parlament sədrlərinin, nümayəndə heyətlərinin, dostluq qruplarının qarşılıqlı səfərləri bu əməkdaşlığın inkişafına təkan verib. Həmçinin, parlamentlərin komitələri arasında da yaxşı əməkdaşlıq təcrübəsinin formalaşdığı qeyd olunub.

Davit Sonqulaşvili Gürcüstan parla-mentinin spikeri Şalva Papuaşvili iki ölkə arasında əlaqələrin inkişafında qanunverici orqanların mühüm rolunu qeyd edib.

Görüşdə Qərbin bir sıra təşkilatlarının ikili standartlar siyasəti tənqid edilib, beynəlxalq qurumlarda birgə fəaliyyətin zəruriliyi vurğulanıb.

***

Həmin gün Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan-Gürcüstan dostluğunun qədim tarixə malik olduğunu deyən işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib ki, xalqlarımız arasındakı sıx əlaqələr parlamentlər səviyyəsində də inkişaf edir.

Azərbaycan-Gürcüstan münasibətlə-rinin hazırkı səviyyəsindən danışan David Sonqulaşvili ölkəmizin qazandığı son uğurlardan məmnunluğunu bildirib.

Ə. BƏDƏLOV
XQ

Son xəbərlər