Medianın İnkişafı Agentliyi bir sıra ölkələrin media vasitələrində dərc olunmuş əsassız məlumatlarla bağlı açıqlama yayıb.
Bildirilir ki, Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mənbəyi məlum olmayan, habelə reallıqdan uzaq, əsassız məlumatlar yayılmaqdadır. MEDİA tərəfindən aparılan araşdırmalar göstərir ki, sözügedən məlumatlar dezinformasiya mahiyyəti daşıyır və Azərbacana qarşı sistemli informasiya hücumlarının tərkib hissəsidir.
Qurum həmin media subyektlərini və jurnalistləri qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə və ölkəmizə yönəlmiş dezinformasiya hücumlarının istənilən təzahürlərinə qarşı prinsipiallıq nümayiş etdirməyə çağırır.