Albaniya Respublikasının Prezidenti Bayram Beqay bu ölkədə səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovu qəbul edib.
Mərkəzdən XQ-ə bildiriblər ki, görüşdə XI Qlobal Bakı Forumunun nəticələri və Mərkəzin beynəlxalq təşkilatlarla əməkdaşlığı, COP29-un əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısının keçirilməsi məsələsi müzakirə olunub.