Yeni Kaledoniya deputatları ölkəmizdə

post-img

Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Heydər Əliyev Mərkəzində olub.

Qonaqlara dünya memarlığının na­dir incilərindən sayılan Mərkəz haqqın­da məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqı­nın ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edil­məsinə yönəlib.

Qonaqlar Ulu öndərin Azərbaycana rəhbər olduğu dövrlərdə - 1969-cu ildən 2003-cü ilədək rəsmi istifadəsində olan avtomobillərə baxıblar.

Ümummilli liderin həm sovet haki­miyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət kon­sepsiyasının müxtəlif dövrlərini əks et­dirən eksponatlar, fotoşəkillər və multi­media zalı qonaqların böyük marağına səbəb olub. 

“Azərbaycan inciləri” sərgisi ilə də tanış olan nümayəndə heyətinin üzv­lərinə məlumat verilib ki, ekspozisiya­da ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı na­dir eksponatlar nümayiş etdirilir. 

Qonaqlar Azərbaycanın qədim mu­siqi alətləri ilə də tanış olublar. 

Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.

Həmin gün xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayən­də heyəti Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində olub. 

Kilsəsin Azərbaycandakı yepiskopu Vladimir Fekete kilsənin tarixi, burada katoliklərin ibadət etmələri üçün yara­dılan şərait barədə qonaqlara məlumat verib. 

Bildirilib ki, bu kilsənin yerləşdiyi ərazi Roma-katolik kilsəsinin ənənə­sinə uyğun olaraq təqdis edilib. Rəsmi açılışı 2008-ci ilin martında keçirilən kil­sədə eyni vaxtda 250-300 nəfər ibadət edə bilir. 

Fotoguşə və eksponatlarla ətraflı şəkildə tanışlıq qonaqlarda xoş təəssü­rat oyadıb. 

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti aprelin 17-də Ba­kıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahı ilə ta­nış olub. 

Təşkilatın baş katibi Nigar Bağırlı nümayəndə heyətinin üzvlərini quru­mun fəaliyyəti və gördüyü işlər barədə məlumatlandırıb. 

Dünən Yeni Kaledoniya Konqre­sinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub. 

Görüşdə universitetin rektoru Kamal Abdullayev bu təhsil ocağının fəaliyyəti, burada tədris olunan xarici dillər və gö­rülən işlər barədə qonaqlara məlumat verib. Söhbət zamanı rektor qonaqları maraqlandıran suallara cavab verib.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər