Maşın və kondisoner oğruları yaxalanıb

post-img

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Abbasov Lerik rayonunun Piran kəndi ərazisində avtomobillə birgə saxlanılıb

Aprelin 15-nə keçən gecə Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “BMW” markalı avtomobilin qaçırılması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən aldığımız məlumata görə, araşdırmalarla avtomobilin avtoyuma məntəqəsinin işçisi tərəfindən qaçırılması müəyyən olunub. 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.Abbasov Lerik rayonunun Piran kəndi ərazisində avtomobillə birgə saxlanılıb.

Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları isə rayon ərazisindəki bir evdən 3 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən A.Mehdiyevi müəyyən edərək saxlanıyıblar. Ondan metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər