Silahlar polisə təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Xəbəri DİN mətbuat xidməti verib. 

Məlumata görə, aprelin 15-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 tüfəng və 28 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər də davam etdirilir. Aprelin 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər