Pul və qızıl oğurlanıb

post-img

Aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 manat pul və 85000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

DİN mətbuat xidmətinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən A.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə aprelin 4-də paytaxt sakininin bank kartından 340 manatını oğurlamaqda şübhəli bilinən S.Həsənov müəyyən olunaraq saxlanılıb.
 Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər