Nəqliyyat vasitəsini qaçırdı, amma tez ələ keçdi

post-img

Yasamal rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

DİN mətbuat xidmətindən aldığımız məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş O.Dadaşov avtomobillə saxlanılıb.

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabunçu qəsəbəsi ərazisində bir qadının çantasından içərisində pulu və 3 ədəd bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Ağacanov müəyyən edilərək saxlanılıb. 
Onun Nardaran qəsəbəsi ərazisində bir evin zirzəmisindən 4800 manat dəyərində otbiçən və elektrik naqili oğurlaması da məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər