İki boksçumuz Avropa çempionu olub

post-img

Azərbaycanın 2 boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyində qızıl medal qazanıb. 

Komandamızın üzvü Bilalhəbaşi Nəzərov (48 kq) finalda Oleksandr Zveryevlə (Ukrayna) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən B.Nəzərov yekunda 5:0 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib. 

Yığmamızın heyətində 54 kiloqram çəki dərəcəsində Ömər Aslanlı da həlledici mərhələdə ukraynalı idmançı ilə mübarizə aparıb. Təmsilçimiz rəqibi Maksim Çekini 4:1 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 

Leyla SABİRQIZI XQ

İdman