Silahlar könüllü təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Aprelin 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 2 qumbara, 10 tüfəng, 2 patron darağı və 586 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər də davam etdirilib. Aprelin 13-də və 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər