Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın bu ölkədəki səfiri Vladislav Kanevski ilə görüşüb.
Bu barədə səfir "X"də paylaşım edib.
"Prezidentin köməkçisi Hikmət Hacıyevlə işgüzar görüşlər təkcə ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə etmək və həll etmək imkanı deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı konkret addımlar və iddialı layihələrlə gücləndirmək üçün səmimi qarşılıqlı istəkdir", – Ukrayna səfiri bildirib.
XQ