Aİ və ABŞ regionda vəziyyəti gərginləşdirir

post-img

Məlum olduğu kimi, aprelin 5-də Brüsseldə keçirilmiş görüşdə Avropa İttifaqı və ABŞ tərəfindən Ermənistana yardım göstərilməsi barədə qərarlar verilib. Mətbuata verilmiş məlumatda ancaq maliyyə yardımı ediləcəyi bildirilsə də, əsl planların Ermənistanın silahlandırılmasından ibarət olması heç kimdə şübhə doğurmur.

Bu fikirlər Qərbi Azərbaycan İcması­nın məsələ ilə bağlı bəyanatında yer alıb.

Bildirilib ki, bu gün Natali Luazo baş­da olmaqla, Avropa Parlamentinin (AP) bir qrup azərbaycanofob deputatı ABŞ-ın Dövlət katibi Antoni Blinkenə və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə müraciət ünvanlayaraq onları sözügedən görüşün davamı olaraq Ermə­nistanın “təhlükəsizliyi"nə yardım etməyə çağırıblar. Bütün bunlar Ermənistana açıq hərbi dəstək göstərmək üçün ictimai fon yaratmağa xidmət edir. Bu, bir daha sübut edir ki, 5 aprel görüşü məhz Ermənistanın hərbiləşdirilməsi məqsədi daşıyıb.

Qərbi Azərbaycan İcması Avropa Par­lamenti üzvlərinin qərəzli müraciətini rədd edir, bir daha Aİ-ni və ABŞ-ı regionda və­ziyyəti gərginləşdirən addımlar atmama­ğa və Ermənistana hərbi dəstək göstər­məməyə çağırır. 

XQ

Son xəbərlər