Xocalı məzarlıqları –  erməni vandalizminin qanlı izləri

post-img

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımı zamanı itkin düşmüş, yaxın günlərdə şəxsiyyəti müəyyənləşmiş iki nəfərin – Bəsirə Məhərrəmova və Vaqif Məhərrəmovun faciəli taleyi ilə bağlı bildirib:

– Ayrı-seçkiliyin, etnik təmizləmənin qurbanı olmuş bir ailənin üzvlərinin qalıqları 32 il sonra Xocalı rayonu ərazisində aşkarlanmış məzarlıqdan tapılıb. Bu fakt Ermənistanın törətdiyi müharibə cinayətlərini, habelə beynəlxalq humanitar hüquq normalarını pozduğunu növbəti dəfə sübut edir.

Ombudsman xatırladıb ki, beynəlxalq hüququn normalarını kobudcasına pozan Ermənistan tərəfi 30 ilə yaxın müddət ərzində 4000-ə yaxın azərbaycanlı itkinin ailəsini məlumat almaq hüququndan məhrum edib. Eyni zamanda, işğalçı ölkə bugünədək kütləvi dəfn yerləri barədə məlumatları Azərbaycana təqdim etməkdən yayınır. 

XQ

 



Son xəbərlər