Bakıda Yunanıstanın Milli Günü

post-img

Yunanıstanın Milli Günü münasibətilə aprelin 2-də Bakıda rəsmi qəbul təşkil edilib. 

Tədbirdə çıxış edən Yunanıstan səfiri Xristos Kapodistrias ölkələrimiz arasında dostluq münasibətlərini yüksək qiymət­ləndirib. 

Yunanıstan və Azərbaycan arasında əlaqələrin müxtəlif sahələri əhatə etdiyi­ni qeyd edən diplomat bildirib ki, yaxın həftələrdə Hökumətlərarası Birgə Komis­siyanın növbəti iclası keçiriləcək. 

“Əminik ki, bir neçə aydan sonra Azərbaycan həm təşkilati, həm də mahiy­yət etibarilə COP29 sammitinə uğurla ev sahibliyi edəcək. Bizim enerji sektorunda əməkdaşlığımız artıq bir uğur hekayəsi­dir. Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik boru xətti qitənin enerji təchizatında əhəmiyyətli problemlərlə üzləşdiyi bir dövrdə Azərbaycandan qazı Avropaya gətirən strateji infrastrukturdur. Artıq üç ildən çoxdur ki, Trans-Adriatik boru xətti təbii qazı Azərbaycandan Yu­nanıstana, Bolqarıstana və İtaliyaya, elə­cə də qonşumuz Türkiyə vasitəsilə daya­nıqlı və etibarlı şəkildə nəql edir”, –deyə səfir vurğulayıb.

Diplomat əmin olduğunu bildirib ki, ölkələrimiz arasında əlaqələr dərinləş­məkdə davam edəcək.

Azərbaycan xarici işlər nazirinin müa­vini Elnur Məmmədov ölkələrimiz arasın­da faydalı əməkdaşlıq, siyasi dialoqun mövcud olduğunu deyib. 

“Yunanıstan-Bolqarıstan Qaz İnter­konnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Bu il Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək. İna­nırıq ki, əməkdaşlığımız bundan sonra daha da möhkəmlənəcək”, – deyə nazir müavini qeyd edib.

XQ

Son xəbərlər