Naxçıvanda media kollektivləri ilə görüş

post-img

Bügünlərdə “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasının 92 və diyarın ilk informasiya agentliyi “Nuhçıxan”ın fəaliyyətə başlamasının 6-cı ildönümü tamam olur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli media qurumlarının kollektivləri ilə görüşüb. 

Əvvəlcə səlahiyyətli nümayəndə “Naxçı­van Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və “Nuhçıxan” İnformasiya Agentliyində yara­dılan şəraitlə tanış olub.

Fuad Nəcəfli Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Naxçı­van Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Döv­lət Proqramı”ndan irəli gələn tədbirlərdən danışıb, eləcə də muxtar respublikanın 100 il­liyinin qeyd edilməsinin önəmini vurğulayıb, görüş iştirakçılarını təbrik edib. 

Fuad Nəcəfli informasiya rəqabəti mü­hitində Naxçıvan mediasının daim tək­milləşməsinin, yeniləşməsinin, təcrübə mübadilələsinin əhəmiyyətini qeyd edib. Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, bu il Naxçıvan teleradiosunun yeni binasının tikintisi layihələndiriləcək və 2025-ci ildə ti­kinti işlərinə başlanılacaq, maddi-texniki ba­zanın təkmilləşdirilməsi daim diqqətdə saxla­nılacaq. Televiziyanın peyk yayımını həyata keçirmək isə gələcəkdə Naxçıvanın qlobal media mühitinə çıxışını təmin edəcək: “Qü­rurvericidir ki, muxtar respublikada 92 yaşlı Naxçıvan teleradiosu, eləcə də 100 ildən artıq tarixi olan “Şərq qapısı” qəzeti kimi media orqanları fəaliyyət göstərir”.

“Naxçıvan Muxtar Respublikası Televi­ziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli Naxçıvan teleradiosunun və “Nuhçıxan” İnformasiya Agentliyinin yaranmasından, televiziyanın muxtar respublikanın ictimai-siyasi həyatın­da baş verən hadisələrin işıqlandırılmasında­kı rolundan, 1990–1993-cü illərdə ümummilli lider Heydər Əliyevin Naxçıvan dövrü fəaliy­yətini salnaməyə çevrməsindən danışıb. O, göstərilən diqqətə və dəstəyə görə kollektiv adından minnətdarlıq edib. 

Görüşdə vurğulanıb ki, səlahiyyətli nü­mayəndəliyin fəaliyyəti dövründə cəmiyyətin büdcəsi artırılıb, qonorar sistemi bərpa edilib. 20-dən artıq yeni ştat vahidi yaradılıb, tele­radionun efir vaxtı 17 saata çatdırılıb. Bakı bürosu fəaliyyətə başlayıb, müasir yayım və çəkiliş avadanlıqları alınıb. Ulu öndər Heydər Əliyevin və Naxçıvan Muxtar Respublika­sının 100 illiyi münasibəti ilə silsilə filmlər hazırlanıb.

Görüş çay süfrəsi arxasında yradıcılıq söhbəti ilə davam edib.

Səbuhi HƏSƏNOV
XQ

Son xəbərlər