Aprelin 2-də Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov və digər iştirakçılar qarşıda duran vəzifələr, jurnalistlərin peşəkarlığının yüksəldilməsi ilə bağlı keçirilən təlimlər barədə geniş fikir mübadiləsi aparıblar. Sonra onlayn təlim platformasının müvafiq bölməsinin təqdimatı olub.
İclasda audiovizual məhsulların istehsalı və yayımı üzrə ümumölkə yerüstü televiziya yayımçıları üçün keçirilməsi nəzərdə tutulan müsabiqənin qaydaları təsdiq edilib.
XQ