Hollivud (ABŞ), Fransa, Türkiyə və Çin kino şirkətləri arasında 3 saatlıq “Manas” bədii filminin birgə çəkilişləri ilə bağlı danışıqlar yekun mərhələdədir.
Bu barədə mətbuata filmin prodüseri və ssenari müəllifi Omurzak Tolobekov məlumat verib. Onun sözlərinə görə, beynəlxalq şirkət artıq müqavilə imzalayıb.
“Beynəlxalq korporasiyanın dəstəyi ilə “Manas” filminin birgə çəkilişləri üçün Türkiyənin beynəlxalq “Star Life” şirkətinin prodüseri Serdal Kara ilə müqavilə imzalanıb.
Yaxın vaxtlarda Hollivud, Fransa və Çinin kino şirkətləri ilə də müqavilə imzalanacaq. Maliyyə məsələsi praktiki olaraq həll olunub. Ehtimallara görə, 150 milyon dollar ayrılacaq”, – deyə Omurzak Tolobekov bildirib.
XQ