Sığorta bazarı böyüyür

post-img

Mərkəzi Bankın məlumatına görə, cari ilin yanvar–fevral aylarında respublikamızdakı 17 sığorta şirkətinin xətti 239 milyon 719 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,4 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkətləri­nin həyata keçirdikləri ödənişlərin məb­ləği isə 97 milyon 434 min manat təşkil edib. Bu isə illik müqayisədə 38,2 faiz çoxdur.

Ötən 2 ayda sığorta bazarında top­lanmış hər 100 manat sığorta haqqının 40,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 31,9 manat olub.

XQ

Son xəbərlər