Ümumi çəkisi 50 kiloqramdan artıq narkotik vasitə götürülüb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 50 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumçatı DİN mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,8 kiloqramdan artıq heroin, 39 kiloqrama yaxın marixuana, 2,7 kiloqramdan çox tiryək, 2 kiloqramdan artıq metamfetamin, həmçinin 2155 ədəd metadon həbindən ibarət olub.

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Allahverdili saxlanılıb. Ondan marixuana və 154 ədəd güclü təsiredici xassəyə malik preqabalin həbi aşkarlanıb.

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşları isə əvvəllər məhkum olunmuş Y.Qasımovun üstündən 735 qram tiryək aşkar edərək götürüblər.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər