Bu il martın 3-də gecə saatlarında Nəsimi rayonu ərazisində paytaxt sakini olan bir nəfərin mobil telefonu, içərisində sənəd və bank kartları olan pulqabısı soyğunçuluq yolu ilə talanıb. Bununla bağlı əməliyyat davam etdirilirdi.
DİN mətbuat xidmətinin verdiyi məlumata görə, dünən Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Məsimov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ