Nikol Paşinyan Rusiyanın Ermənistan vasitəsilə Qərbin sanksiyalarından yan keçməsinə mane olarsa, qırmızı xətti keçəcək. Bunu erməni politoloq Argişti Kiviryan yerli mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, Saakaşvilinin taleyinin təkrarlanması istiqamətində ilk addım olacaq: “Əgər Rusiya Ermənistandan hərbi bazasını çıxarmaq istəmirsə, deməli, onu çıxarmayacaq. Bu, Ermənistan hakimiyyətindən asılı deyil”, - deyə politoloq bildirib.
Politoloqun fikrincə, Qərbin məqsədi erməni xalqının maraqlarını qorumaq deyil, Rusiyanı bölgədən çıxarmaq və İranın daxil olmasına mane olmaqdır.
A.Kiviryan hesab edir ki, Azərbaycandan gələn təhlükəni hələ də hiss etməyən London birdən elan edib ki, Ermənistanı “Rusiya təhlükəsindən” qorumağa hazırdır.
Rizvan FİKRƏTOĞLU
XQ