Kreml Putinin Türkiyəyə səfərinin vaxtını hələ dəqiqləşdirməyib

post-img

Prezident Vladimir Putinin Türkiyəyə səfərinin hələ dəqiq tarix yoxdur, lakin bu məsələ operativ şəkildə razılaşdırılacaq. Bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

Brifinqdə ondan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın sonunda Türkiyədə keçiriləcək bələdiyyə seçkilərindən sonra Putinin səfərini gözlədiyi barədəki bəyanatına və səfərin apreldə baş tuta biləcəyinə münasibət bildirməsi xahiş edilib. 

"Hazırda bu təmaslar üçün dəqiq tarix yoxdur, lakin bu məsələ diplomatik kanallar vasitəsilə çox tez razılaşdırılacaq, - Peskov deyib. - Səfər uzun müddətdir ki, hazırlıq mərhələsindədir”.

"Biz də bu səfəri, ən yüksək səviyyədə təmasları səbirsizliklə gözləyirik. Çox aktual mövzular var. Bunlar, ilk növbədə, bizim ikitərəfli münasibətlərimiz, ticarət-iqtisadi əlaqələrimizdir, çox şey var. Əlbəttə, dövlət başçılarının diqqətinə ehtiyacı olan digər məsələlər, beynəlxalq və regional problemlər var” – Peskov bildirib.

P.ƏMİRCANOV

XQ

Dünya